Braziliyanın “Fluminense” klubu müdafiəçi Tiaqo Silva ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, 41 yaşlı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edib. Onun sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu.
Daha əvvəl məşhur insayder Fabritsio Romano braziliyalı futbolçunun Avropaya qayıtmaq istədiyini və təklifləri dinləməyə hazır olduğunu yazmışdı.
Silva “Fluminense”nin aşağı yaş qruplarından başlayaraq 2006-cı ildə əsas komandaya qoşulub və üç il burada çıxış edib. O, 2024-cü ildə yenidən braziliya təmsilçisinə qayıdıb.