AZ

“Azərbaycan və Ermənistan alternativ nəqliyyat marşrutları tapacaq” – Paşinyan

Nikol Paşinyan Azərbaycandan Ermənistana SOCAR şirkətinə məxsus ilk neft məhsulları partiyasının göndərilməsini şərh edərkən Gürcüstan Dəmir Yollarının tarifləri ilə bağlı müəyyən problemlərdən xəbərdar olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, əgər normal tariflər tətbiq olunmasa, Azərbaycan və Ermənistan alternativ nəqliyyat marşrutları tapmağa məcbur qalacaq.

“Ümid edirəm ki, ya bu məsələlər həll olunacaq, ya da təsərrüfat subyektləri idxal və ixrac üçün alternativ marşrutlar tapacaqlar”, – deyə Ermənistanın baş naziri vurğulayıb.

Xatırladaq ki, Minval Politika-nın daha əvvəl yazdığına görə, Tbilisinin tarif demarşına cavab olaraq Bakı Ermənistanla sərhədə qədər dəmir yolu xəttinin bərpası imkanını nəzərdən keçirir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
127
1
konkret.az

2Mənbələr