AZ

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb

Bakı, 18 dekabr, AZƏRTAC

Böyük Qayıdışa dair Dövlət Proqramı ilə əlaqədar Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modeli hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bunu Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani müəssisənin 2025-ci il üzrə elmi və innovasiya fəaliyyətinə dair illik hesabatına həsr olunmuş iclasında söyləyib.

Onun sözlərinə görə, 3D modellər ərazinin coğrafi quruluşunu daha realistik şəkildə təqdim etməklə yanaşı, ekoloji tədqiqatlarda, landşaft planlaşdırıılmasında, turizm marşrutlarının təyinində və tədris prosesində geniş istifadə olunur. Bu işdə “ArcGIS” proqramı, “OpenStreetMap” məlumatları və rəqəmsal elevasiya modeli əsasında Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modeli hazırlanıb.

 

 

Seçilən
132
1
azertag.az

2Mənbələr