AZ

Lukaşenko: "Gedirəm, problem saxlamaq istəmirəm"

Hurriyyet.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko özünü "gedən prezident" adlandırıb. Lukaşenko Amerikanın "Newsmax TV" telekanalına müsahibəsində belə bir açıqlama verib, öz problemlərini yeni nəsillərə yükləməmək istədiyini deyib.

Lukaşenko deyib: "Mən gedən prezidentəm, bunu tez-tez deyirəm və prezident olduğum müddətdə yaranan problemlərin gələcək nəsillərə ötürülməsini istəmirəm". O, Minsk ilə Vaşinqton arasında yaxşı münasibətlər qurmaq istədiyini bildirib və amerikalı həmkarı Donald Trampı  ABŞ və digər Qərb ölkələrinin 2020-ci ildə Belarusda hökumət əleyhinə etirazları dəstəklədiyi zamandan bəri yaranan fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.

Belarusda etirazlar 10 avqust 2020-ci il gecəsi, rəsmi prezident seçkilərinin nəticələrinin açıqlanmasından və Lukaşenkonun müxalifət namizədi Svetlana Tixanovskaya üzərində qalib elan edilməsindən sonra başlayıb.

"Hər nəsil öz problemlərini həll etməlidir. Bizim nəslin, Trampın, Lukaşenkonun nəslinin problemləri var və biz də onları həll etməliyik", - deyə Belarus prezidenti bildirib.

Müsahibə zamanı Lukaşenko zarafatla Putin, Tramp və Çin prezidenti Si Cinpin haqqında "pis suallar" verməmələrini də istəyib. O, özünü Trampın "qatı tərəfdarı", Rusiya liderinin "yaxın qohumu" və Si Cinpinin "çox yaxşı dostu" adlandırıb.

Hürr Tərcüman

 

Seçilən
102
1
hurriyyet.az

2Mənbələr