AZ

Qriqoryan Britaniya rəsmisi ilə sülhü MÜZAKİRƏ ETDİ

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Londonda Böyük Britaniyanın Baş naziri yanında milli təhlükəsizlik üzrə müşaviri Conatan Pauell ilə danışıqlar aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, tərəflər ikitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndirib və onları strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağa hazır olduqlarını bildiriblər.

Böyük Britaniya tərəfi Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaları alqışlayaraq, onların Bakı ilə İrəvan arasında münasibətlərin tam normallaşması yolunda mühüm addımlar olduğunu vurğulayıb.

Armen Qriqoryan isə bölgədə bərqərar olmuş sülhün institusionallaşdırılmasının vacibliyini qeyd edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
64
1
konkret.az

2Mənbələr