Xatırladaq ki, hazırda Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi general-polkovnik Bəylər Eyyubovdur.
Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Bu ilin iyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubov daha sonra Prezident Katibliyinin rəisi təyin olunub.