Nadir dəniz canlısını videoçəkiliş edən şəxs onun zəhərli olduğunu sosial şəbəkədən öyrənib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Filippində istirahət edən britaniyalı turist tapdığı dəniz canlısını videoya çəkmək qərarına gəlib. Lakin o, əslində əlində öz ölümünü tutduğundan xəbərsiz olub.
Həmin şəxs ovcunda tutduğu canlının planetin ən zəhərli canlılarından biri olan mavi halqalı səkkizayaqlı ilbiz olduğunu anlamayıb.
Bildirilir ki, bu səkkizayaqlının zəhəri əzələləri iflic edir və dəqiqələr ərzində tənəffüsü dayandırır. Onun zəhəri sianiddən təxminən 1000 dəfə daha toksikdir və buna qarşı heç bir antidot mövcud deyil.
Videonun müəllifi necə böyük risk etdiyini yalnız sosial şəbəkədən oxuduqdan sonra anlayıb.
Xuraman Etibarlı
İnterpress.az