AZ

Buz meydançası ilə təchiz olunmuş Milad kəndi yaradılıb

Kiyev sakinləri və qonaqları artıq Kontraktova küçəsindəki konki meydançasında konki sürə bilərlər.

QHT.az xəbər verir ki, tammiqyaslı müharibənin başlanmasından sonra ilk dəfə olaraq Kiyevin Kontraktova meydanında bayram kəndi qurulur və onun rəsmi açılışı 19 dekabr 2025-ci il üçün planlaşdırılır. Şəhər hakimiyyəti hələlik məkanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verməsə də, medianın yazdığına görə, bayram kəndi hər gün açıq olacaq, iş günləri isə günortadan sonra fəaliyyət göstərəcək.

Hazırda meydanda Milad bazarı üçün son hazırlıq işləri aparılır, bəzəklər quraşdırılır, yemək və içki köşkləri hazırlanır. Bundan əlavə, 10 dekabr 2025-ci ildən etibarən Kontraktova meydanındakı konkisürmə meydançası ziyarətçilərin istifadəsinə veriləcək. Təşkilatçıların bildirdiyinə görə, konkisürmə meydançası hər gün saat 10:00-dan 21:30-dək işləyəcək və qiymətlər 300 qrivnadan başlayacaq.

 

R.İmanov

Seçilən
69
qht.az

1Mənbələr