AZ

AAİB 2026-cı ildə Özbəkistanda maliyyələşdirilməsi nəzərdə tutulan 3 əsas layihəni müəyyənləşdirib

Almatı. Trend:

Avrasiya İnkişaf Bankı (AAİB) 2026-cı il üçün Özbəkistandamaliyyələşdirilməsi nəzərdə tutulan üç əsas layihənimüəyyənləşdirib.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bu barədə AAİB İdarə heyəti sədrininmüavini Yaroslav Mandron Almatıda 2025-ci ilin yekunlarına dairmətbuat konfransında bildirib.

O qeyd edib ki, AAİB hazırda Özbəkistanda maliyyələşdirməyəyüksək hazırlıq mərhələsindədir.

“İlk növbədə bu Almalık Kombinatıdır, orada biziminvestisiyaların həcmi 100–150 milyon dollar təşkil edəcək – bunuartıq müştəri ilə müzakirə etmişik. Hazırda layihəni tammaliyyələşdirmək üçün hökumətdən yekun sənəd paketini gözləyirik”,– sədr müavini bildirib.

Y. Mandronun sözlərinə görə, layihə həmçinin polimerməhsullarının istehsalı kompleksinin tikintisini əhatə edir. Banküçün ayrıca maraq istiqaməti hava limanı infrastrukturlarınıninkişafıdır – xüsusilə Buxara şəhərində hava limanının tikintisimaraq doğurur.

Xatırladaq ki, AAİB çoxtərəfli inkişaf bankıdır və məqsədiiştirakçı ölkələrin iqtisadi artımına dəstək vermək, onlar arasındaticarət-iqtisadi əlaqələri genişləndirmək, eləcə də Avrasiyaməkanında inteqrasiya proseslərini investisiya fəaliyyətivasitəsilə inkişaf etdirməkdir. AAİB-in yeddi üzvü var: Ermənistan,Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan vəÖzbəkistan.

Seçilən
116
az.trend.az

1Mənbələr