AZ

ABŞ təhlükəsizliyi "Mossad"a həvalə edilir

ABŞ federal hökumət agentliklərinin kibertəhlükəsizliyi qapalı proses vasitəsilə, kökləri İsrail Kəşfiyyat Xidməti "Mossad"a gedib çıxan "Axonius" şirkətinə təhvil verilib.

Publika.az "The Hill" nəşrinə istinadən xəbər verir ki, Pentaqon, Xəzinədarlıq Departamenti, Daxili Təhlükəsizlik Departamenti (DHS) və Energetika Departamenti də daxil olmaqla 70-dən çox federal agentliyin rəqəmsal infrastrukturu bu şirkətə verilib.

Şirkət tərəfindən hazırlanmış sistem bütün dövlət qurumlarının cihaz, şəbəkə və istifadəçi fəaliyyətini mərkəzləşdirir. Bu sistem ABŞ ordusundan tutmuş xəzinədarlığa qədər milyonlarla federal işçinin giriş və çıxış məlumatlarını, sayt fəaliyyətini və istifadəçi şəxsiyyətlərini təhlil edir. Hətta bu məlumatlar ABŞ daxilində deyil, İsraildə yerləşən serverlər vasitəsilə emal edilir.

İsrailin ABŞ ərazisindəki casusluq fəaliyyətləri, Ağ Evin ətrafında dinləmə cihazları yerləşdirməkdən tutmuş kiber müşahidə sistemlərinə qədər illərdir sənədləşdirilib. Buna baxmayaraq, Donald Tramp administrasiyasının kiber infrastrukturu birbaşa İsrail kəşfiyyatı ilə əlaqəli bir şirkətə həvalə etmək qərarı Nümayəndələr Palatasında "Troya atı" kimi şərh edilib.

İddiaya görə, Nümayəndələr Palatası məsələ ilə bağlı araşdırma başladacaq.

Seçilən
135
publika.az

1Mənbələr