AZ

Birləşmiş Ərəb Əmirlikləri üçün Azərbaycan etibarlı tərəfdaş və Xəzər regionuna aparan yol deməkdir – ŞƏRH

Liderlərin dostluq münasibətlərinə söykənən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələri həm də tarixi və mədəni bünövrəyə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu münasibətləri daha da inkişaf etdirərək hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Arazxan Balayev bildirib. O qeyd edib ki, dövlət başçıları artıq yeni hədəflər müəyyənləşdirirlər. İqtisadi, siyasi, mədəni əlaqələr bu hədəflərə uyğun inkişaf etdirilir. Qurulan münasibətlər həm də hər iki ölkənin maraqlarına xidmət edir. “Baxaq görək, BƏƏ ilə əlaqələr Azərbaycan üçün niyə vacibdir. Bir tərəfdə Cənubi Qafqazın lider ölkəsi Azərbaycan, digər tərəfdə isə ərəb dünyasının söz sahibi dövlətlərindən Birləşmiş Ərəb Əmirlikləri. Əvvəla, nəzərə almaq lazımdır ki, BƏƏ güclü maliyyə və investisiya imkanlarına malik olan ölkədir. Deməli, Azərbaycan iqtisadiyyatda neftdən asılılığı azaltmaq məqsədilə qeyri-neft sektorunda dost ölkənin maliyyə imkanlarından istifadə etmək istəyir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərə investisiya cəlb etmək üçün Dohanın imkanlarından yararlanmaq olar. Xüsusilə yaşıl enerji sahəsində BƏƏ-nin lider mövqeyi Azərbaycan üçün cəlbedici görünür. Bu gözləntilər birtərəfli deyil. Rəsmi Doha da Bakı ilə münasibətlərdə öz maraqlarını əsas tutur”, – deyə A.Balayev vurğulayıb.

Müsahibimiz bildirib ki, BƏƏ üçün Azərbaycan etibarlı tərəfdaş və Xəzər regionuna aparan yol deməkdir. Azərbaycanla mövcud münasibətlər BƏƏ-yə Orta Dəhliz və Şimal-Cənub dəhlizlərinə qoşulmaq imkanı verir. Bir sözlə, Azərbaycan-BƏƏ tərəfdaşlığı hər iki tərəfə ciddi iqtisadi qazanc vəd edir. Dövlət başçılarının qarşılıqlı səfərləri isə münasibətlərin yalnız iqtisadi deyil, həm də yüksək siyasi etimada əsaslandığını göstərir.

DOĞRU.AZ

Seçilən
61
2
dogru.az

3Mənbələr