Həvəskarlar özləri RAM yığmağa başlayıblar.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, texnologiya həvəskarları operativ yaddaş qurğularını özləri yığmağın yeni üsulunu tapıblar. Bu üsul qiymət baxımından mağazadakı hazır məhsullardan xeyli ucuz başa gəlir.
Çində artıq DDR5 üçün hazır sxemləri olan boş platalar satılır. İstifadəçilər yaddaş çiplərini ayrıca alıb həmin platalara qaynaq edərək tam funksional RAM əldə edirlər.
Məsələn, orta göstəricilərə malik 16 GB-lıq yaddaşın bu üsulla yığılması təxminən 210 manata başa gəlir. Müqayisə üçün qeyd edək ki, mağazalarda iki ədəd 16 GB-lıq platanın qiyməti təxminən 790 manat təşkil edir.
Bildirilir ki, bu üsul şəxsi kompüter yığımları zamanı büdcəyə xeyli qənaət etməyə imkan verir.
Xuraman Etibarlı
İnterpress.az