AZ

Prokuror Ruben Vardanyan üçün ömürlük həbs cəzası istədi

Dekabrın 18-də Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Doğru.az xəbər verir ki, Trend-in məlumatına görə, məhkəmə iclasında dövlət ittihamçısını təmsil edən prokuror çıxış edərək apelyasiya şikayəti üzrə mövqeyini açıqlayıb. Prokuror Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, Ruben Vardanyan daha əvvəl Azərbaycanda keçirilən məhkəmə proseslərinə etiraz olaraq aclıq aksiyası keçirmişdi.

Məhkəmə prosesi davam edir.

DOĞRU.AZ

Seçilən
98
dogru.az

1Mənbələr