AZ

Salondan sonra qadının başı TANINMAZ HALA DÜŞDÜ – VİDEO

Moskvalı qadının başı tanınmaz hala düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva sakini olan gənc qadın gözəllik salonunda saçlarını boyatdıqdan sonra şiddətli allergiya ilə üzləşib.

Prosedurdan sonra qızın hərarəti yüksəlib, boyun nahiyəsi qızarıb və güclü qaşınma başlayıb. O, vəziyyəti yüngülləşdirmək üçün dərisinə allergiyaya qarşı məlhəm çəkərək yatıb.

Lakin səhər oyananda qadın şok mənzərə ilə qarşılaşıb. Onun başı həddindən artıq şişmiş vəziyyətdə olub.

Həkimlər bu cür halların qarşısını almaq üçün saç boyamadan 48 saat əvvəl mütləq allergiya testi etməyi, hər hansı reaksiya olduqda isə dərhal mütəxəssisə müraciət etməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
102
interpress.az

1Mənbələr