AZ

“Ayntraxt Frankfurt”un azarkeşsiz oyunu “Qarabağ”a üstünlük verə bilər ŞƏRH

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında “Qarabağ”ın rəqibi “Ayntraxt Frankfurt”un azarkeşlərinə qadağa qoyub.

Qadağaya əsasən alman fanatlara Bakıda keçiriləcək oyun üçün bilet satılmayacaq. Beləliklə, Frankfurt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda dəstəksiz qalacaq.

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirdi ki, bu, bizim üçün yaxşı xəbərdir:

"Çünki bizdə doğma meydanda azarkeşlər tribunaları doldursalar da və komandaya dəstək versələr də, bu dəstək əsasən ümumi xarakter daşıyır. Yəni aktivlik yüksək olmur: tamaşaçı çoxluğuna görə səs bir qədər yüksələ bilər, amma intensiv və davamlı dəstək olmadığı üçün komandamız ciddi psixoloji üstünlük qazana bilmir. Rəqiblərdə isə, xüsusilə Avropa komandalarında azarkeş və ultras mədəniyyəti formalaşıb. Onlar hətta min nəfərlə belə gəlsələr, komandalarına çox güclü dəstək verə bilirlər".

Ekspert xatırlatdı ki, bunun bariz nümunəsini son “Ayaks” matçında açıq şəkildə gördük:

"Əminliklə demək olar ki, “Ayaks” azarkeşləri sayca az olmalarına baxmayaraq, rəqib meydançasını demək olar ki, öz meydançalarına çevirə bildilər. Onlar komandalarının özünü rahat hiss etməsinə, səfərdə olduqlarını unutmasına kömək etdilər və möhtəşəm dəstək nümayiş etdirdilər. Bu fakt Azərbaycan mediasında da geniş şəkildə işıqlandırıldı. Alman komandaları da güclü azarkeş dəstəyi ilə seçilirlər. “Ayntraxt Frankfurt” kimi bir komandanın Bakıda dəstəksiz qalması onlar üçün mənfi amil ola, bizim üçün isə üstünlük yarada bilər. Düşünürəm ki, bu, yaxşı xəbərdir və biz bundan maksimum istifadə etməliyik".

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
1
redaktor.az

2Mənbələr