Sea Breeze
Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların gücləndirilməsi naziri Tatjana Matsura görüşü zamanı deyib.Görüşdə iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.Dövlət Komitəsinin sədri Bahar Muradova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib.Serbiya və Azərbaycan xalqları arasında mövcud olan dostluq münasibətlərinə diqqət çəkən Komitə sədri bildirib ki, iki ölkənin prezidentləri və hökumətləri arasında formalaşmış yüksək səviyyəli əlaqələr xalqlar arasındakı münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir.Bahar Muradova vurğulayıb ki, müasir dünyada baş verən mürəkkəb proseslər və mövcud geosiyasi vəziyyət bütün ölkələri və onların siyasi rəhbərlərini müharibələrə son qoymağa, qlobal sülhün bərqərar olunmasına yönəlmiş addımlar atmağa sövq etməlidir. Bildirib ki, bu çağırışların mərkəzində xüsusilə qadınların, uşaqların və ailələrin rifahına xidmət edən mesajlar dayanmalıdır. Komitə sədri qeyd edib ki, bu istiqamətdə görülən işlər hər iki ölkənin insan kapitalına qoyulan mühüm investisiyalardır və səylərin birləşdirilməsi daha sürətli və daha səmərəli nəticələrin əldə olunmasına imkan yaradır.B.Muradova Serbiya nümayəndələrini Azərbaycana səfərə dəvət edərək, qarşıdakı dövrdə əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib.Serbiyanın gender bərabərliyi, qadınlara qarşı zorakılığın qarşısının alınması və qadınların gücləndirilməsi naziri Tatjana Matsura diqqətə çatdırıb ki, Serbiyada qadınların reproduktiv sağlamlığı mövzusunda həyata keçirilən milli kampaniya çərçivəsində Dövlət Komitəsi ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Tatjana Matsura qeyd edib ki, kampaniyaya müxtəlif dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və özəl sektorun cəlb edilməsi planlaşdırılır və əsas məqsəd qadınların reproduktiv sağlamlıq sahəsində maarifləndirilməsinin gücləndirilməsidir.Nazir qadın hüquqlarına həsr olunacaq növbəti qlobal təşəbbüs çərçivəsində də qarşı tərəfi partnyor qismində iştiraka edib və bu əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam etdiriləcəyinə əminliyini bildirib.Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX