AZ

Paşinyan Qarabağ ermənilərinə çağırış etdi: Təhlükə yaranıb, çünki...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Qarabağ ermənilərinin geri qayıdışı onlara heç bir fayda gətirməyəcək və yalnız “əbədi köçkünlüyə” səbəb olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Erməni KİV-lərinin məlumatına görə, Paşinyan bu cür çağırışların Qarabağ xalqını, eləcə də bütün erməni xalqını daim köçəri vəziyyətə salmaq təhlükəsi yaratdığını vurğulayıb.

“Siz Qarabağ xalqını, həmçinin erməni xalqının qalan hissəsini “köçkün” statusuna məhkum etməyə çağırırsınız ki, bu insanlar harada yaşayacaqlarını, ünvanlarının olub-olmadığını bilməsinlər. Bəli, ünvan var. Bu da beynəlxalq səviyyədə tanınmış suveren ərazisi olan Ermənistandır”, – deyə Paşinyan vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
globalinfo.az

1Mənbələr