AZ

Baş məşqçi Holandı istədi, rəhbərlik Ronaldunu gətirdi - ƏTRAFLI

"Mançester Yunayted"in sabiq baş məşqçisi Ole Qunnar Sulşerin klubdakı fəaliyyəti dövründə rəhbərliyə təqdim etdiyi transfer siyahısı ilə bağlı maraqlı təfərrüatlar məlum olub.

Fanat.Az "Daily Mail Sport"a istinadən xəbər verir ki, norveçli mütəxəssis komandaya rəhbərlik etdiyi zaman rəhbərlikdən Cud Bellinqem, Erlinq Holand və Deklan Raysın transfer edilməsini tələb edib. Lakin klubun transfer siyasəti fərqli istiqamətdə irəliləyib.

Məşqçinin istədiyi gənc və perspektivli oyunçuların əvəzinə, rəhbərlik Ceydon Sanço, Donni van de Bek və Kriştianu Ronaldunu heyətinə qatıb.

Klubun həmin dövrdə verdiyi qərarların gətirdiyi nəticələr hələ də futbol ictimaiyyəti tərəfindən müzakirə olunmaqdadır.

Kamil Xudiyev

Seçilən
99
1
fanat.az

2Mənbələr