"Football-plus.az" xəbər verir ki, Rotterdam klubu son olaraq Niderland kubokunun 1/16 finalında öz meydanında sürpriz şəkildə ''Heerenven''ə məğlub oldu (2:3). Bu, ''Feyenoord''un ardıcıl 3-cü, son 12 rəsmi oyunda isə 8-ci məğlubiyyəti oldu (4 qələbə)!
Komanda erediviziyada 2-ci pillədə qərarlaşsa da, lider PSV-dən 9 xal geridədi. ''Heerenven''ə məğlubiyyət fanatların səbrini daşırdı. Final fitinin ardından fanatlar komandaya etiraz etdilər. Van Persi tribunalardan birinin önünə yaxınlaşaraq fanatlarla söhbət etməli oldu və onlardan üzr istədi. Van Persi ilə birlikdə azarkeşlərin önünə çıxan qapıçı Castin Beylou da üzr istədi.
Oyundan sonra isə bu qapıçı bunları dedi:
''Fanatların etiraz etmələri normaldı. Komandaya etiraz etməyə haqları çatır. İndi tənqidləri dinləməli və qəbul etməliyik. Çünki buna layiqik''. ''Feyenoord'' növbəti oyunda həftəsonu erediviziyada ''Tvente'' ilə qarşılaşacaq.