AZ

"S&P" "Gürcüstan Dəmir Yolu"nun əməliyyat fəaliyyətindən əldə olunan pul vəsaitlərinin artımını proqnozlaşdırır

Bakı. Trend:

"S&P Global Ratings"in proqnozlarına görə, "GeorgianRailway" (GR) şirkətində əməliyyat fəaliyyətindən əldə olunan pulvəsaitlərinin (FFO) borca nisbəti 2025–2027-ci illərdə 8%-dənyuxarı olacaq.

Trend bu barədə"S&P Global Ratings"ə istinadən xəbər verir.

“Bu artım EBITDA-nın (faizlər, vergilər, köhnəlmə vəamortizasiya çıxılmadan əvvəl mənfəət) yüksəlməsi və kapitalxərclərinə tələbatın artması hesabına təmin ediləcək. Proses sabitəməliyyat fəaliyyəti və borcun dayanıqlı dəyəri ilədəstəklənir.

Agentlik qeyd edir ki, 2029-cu ilədək işçilərin sayının 11000-dən təxminən 9 000-ə endirilməsini nəzərdə tutan planlımərhələli kadr restrukturizasiyası qısamüddətli xərclərə qənaətetməyə imkan verəcək. Çünki personal ödənişləri şirkətin ən böyükxərcidir”, – məlumatda qeyd olunub.

Bildirilir ki, GR-in borc portfeli əsasən 2028-ci ildə ödənişmüddəti başa çatan, sabit faiz dərəcəsinə malik 500 milyon ABŞdolları məbləğində avroistiqrazlardan ibarətdir. Bu strukturqısamüddətli yenidən maliyyələşdirmə risklərini və yüksək faizdərəcələrinin təsirini azaldır.

“2025–2027-ci illərdə GR-in kredit profili yükdaşıma qabiliyyətiməhdudiyyətlərinin effektiv idarə olunmasından, xərclərə nəzarətdənvə yüksək kapital qoyuluşlarının icrasının təmin edilməsindən asılıolacaq. FFO-nun borca nisbətinin 2025-ci ildə təxminən 9%,2026–2027-ci illərdə isə 9–10% səviyyəsində olacağıproqnozlaşdırılır.

Lari valyutasının ABŞ dollarına nisbətən möhkəmlənməsi şirkətinEBITDA göstəricilərini azaltsa da (gəlirlərin təxminən 90%-i ABŞdolları ilə, xərclər isə lari ilə ifadə olunur), "S&P" hesabedir ki, yüksək əməliyyat marjaları və dollarla ifadə olunan borcöhdəlikləri sayəsində bu hal GR-in kredit göstəricilərinəəhəmiyyətli təsir göstərməyəcək”, – agentlik bildirib.

Məqalədə:
Seçilən
200
1
az.trend.az

2Mənbələr