Qızılın qiyməti tarixi rekordu yeniləyib.
İnterpress.az xəbər verir ki, bu barədə birja məlumatlarında qeyd olunub.
Məlumata görə, qızılın qiyməti tarixində ilk dəfə olaraq bir troya unsiyası üçün 4 400 dollar (təxminən 7 480 manat) həddini keçib.
Bu, qiymətli metalın tarixində qeydə alınan ən yüksək göstəricidir.
Xuraman Etibarlı
İnterpress.az