AZ

ABŞ İran məhsulları daşıyan 29 gəmiyə sanksiya tətbiq etdi

BAKI, 18 dekabr. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi İran məhsullarının daşınmasında iştirak edən daha 29 gəmiyə sanksiya tətbiq edib.

Teleqraf xəbər verir ki, bununla da sanksiyaya məruz qalan İrana bağlı gəmilərin sayı 180-ə çatıb.

Yeni sanksiyalar həmin tankerləri idarə edən gəmiçilik şirkətlərini də əhatə edir. Bu şirkətlərin ABŞ-də hər hansı fəaliyyəti qadağan edilib.

Seçilən
99
teleqraf.com

1Mənbələr