Bakı. Trend:
Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanındaVətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyində “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsrolunan tədbir keçirilib.
Trend xəbər verirki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimaiBirliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
ASAN könüllüləri, sosial qayğıya ehtiyacı olan uşaqlar və digərqonaqların da iştirak etdiyi tədbir "ASAN xidmət" və “Bilim Bakı”mərkəzləri ilə tanışlıqla başlayıb. Qonaqlara 7 saylı Bakı “ASANxidmət” mərkəzinin fəaliyyəti, həmçinin “ASAN xidmət” mərkəzləri vədövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumatverilib, hazırda Azərbaycanın intellektual məhsulunun 30-dan çoxölkəyə ixrac edildiyi bildirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “ASANMəktub” ağacındakı məktublardan birini öhdəliyə götürüb.
Səyyar ASAN xidmət avtobusu ilə tanışlıq çərçivəsində diqqətəçatdırılıb ki, əsas məqsəd dövlət xidmətlərinin hər kəs üçün daharahat, innovativ üsullarla və əlçatan şəkildə təqdimedilməsidir.
"Bilim Bakı" mərkəzinin fəaliyyəti də maraqla qarşılanıb. Qeydolunub ki, mərkəzin fəaliyyəti 6-14 yaşlı şagirdlərin texnologiya,innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarınıninkişafına yönəlib. Əsas məqsəd şagirdlər arasında həmin sahələrəmarağı artırmaq, müasir tələblərə cavab verən bilik və bacarıqlarıaşılamaqdır.
Tədbirin rəsmi hissəsi "ASAN Məktub" sosial proqramının 10 illikfəaliyyətinə dair videoçarxın nümayişi ilə başlayıb. Məlumat üçünbildirilib ki, “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosialproqramı 3–14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqlarınarzularını reallaşdırmaq, onlara sevinc, diqqət və qayğı bəxş etməkməqsədilə 2015-ci ildən həyata keçirilir. Proqram çərçivəsində bugünədək 56 region üzrə ümumilikdə 10 512 məktuba uyğun arzulargerçəkləşdirilib.
Qonaqlara "Bir qəlbi də sən isit" layihəsi haqqında da məlumatverilib. Layihə çərçivəsində vətəndaşların dəstəyi ilə dekabr ayıərzində 3-14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqlarınarzularının gerçəkləşdirildiyi vurğulanıb. İndiyədək ölkəninmüxtəlif bölgələrində 2 500-dən çox uşağın arzusununreallaşdırıldığı diqqətə çatdırılıb.
Sonra "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı"proqramı çərçivəsində musiqi ifa edilib, rəqs nümunəsi nümayişolunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "ASANməktub", "Yaşıl ASAN" və "ABAD" stendlərinə də baş çəkib.
Tədbir Dövlət Agentliyinin həyətində təşkil edilən ağacəkməaksiyası ilə davam edib.
Tədbir çərçivəsində, həmçinin 1, 2 və 3 saylı Uşaq evi sosialxidmət müəssisələrindən və Sosial Xidmət Mərkəzlərindən olanuşaqlara müxtəlif hədiyyələr təqdim edilib.