AZ

Türkiyədə məşhur müğənnilər saxlanılıb Aleyna Tilki, Danla Bilic, İrem Sak, Şeyma Subaşı...

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyədə narkotik qəbulu ilə bağlı müğənnilərin də "ov"u davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunun təqdimatı ilə bu gü səhərə yaxın tanınmış müğənnilər - Aleyna Tilki, Danla Bilic və İrem Sak evlərində saxlanılıb: "Xaricdə olduqları müəyyən edilən Şevval Şahin, Şeyma Subaşı və Mert Vidinli haqqında axtarış verilib. Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə evlərində olmadıqları üçün saxlanılmayıblar. Onlara bildiriş göndərilib".

Məlumatda deyilir ki, məşhurlar narkotik maddə qəbulu, paylaşılması və təbliğinda ittiham olunurlar.

Məlumatda o da deyilir ki, bu ittihamlarla saxlanılan bloger Sercan Yaşar dünən ifadəsini vermək üçün məhkəməyə gətirilib. O,  məhkəmədə peşmanlığını etiraf etdiyindən şərti azadlığa buraxılıb. 

Hüseyn Namazov

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
1
mia.az

2Mənbələr