AZ

Sevginin simvolu sayılan Afrika zanbağının hansı xüsusiyyətləri var və insan sağlamlığına necə təsir edir? Video

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Afrika zanbağı hündürlüyü 100 sm-ə qədər böyüyən, il boyu yaşıl olan və nəhəng göy-mavi çiçəkləri olan bir bitkidir. Afrika zanbağı xüsusiyyətlərinə Türkiyədə iyun-sentyabr ayları arasında çiçək açan, adətən mavi və ya ağ rəngli möhtəşəm çiçəkləri daxildir. Uzun, nizə formalı yarpaqları var. Günəşli və mülayim iqlimə və yaxşı drenajlı, keçirici torpağa üstünlük verir. Dözümlü çoxillik bitki olan bu bitki qablarda və bağlarda yetişdirilə bilər.

Afrika zanbağı “sevgilər çiçəyi”də adlanır. Əsasən Cənubi Afrikadan yayılmış bu bitki dünyada həm dekorativ görünüşünə görə, həm də sağlamlıq və enerji baxımından bəzi faydaları ilə tanınır.

Afrika zanbağı həm bağda, həm də ev şəraitində saxsıda yetişdirməyə çox uyğundur. Afrika zanbağı, digər adı ilə Agapanthus istiliyə və quraqlığa davamlıdır. Günəşli yerləri sevir. Bu xüsusiyyətinə görə bağlarda geniş istifadə edilir.

Afrika zanbağı əsasən dekorativ dəyəri ilə tanınır, lakin bəzi bölgələrdə xalq təbabətində də istifadə olunur. Cənubi Afrika təbabətində, nəfəs darlığı, öskürək, boğaz iltihabı, sinə ağrıları üçün kök və yarpaq ekstraktlarından istifadə edilir. Bitkinin tibbi təsiri elmi cəhətdən tam sübut olunmayıb. Bu səbəbdən də özbaşına istifadə edilməsinə icazə verilmir.

Afrika zanbağı evə harmoniya və sakitlik gətirən, sevgi və münasibət enerjisini simvolizə edən çiçək kimi tanınır.

Afrika zanbağı evləri və bağları oksigenlə zənginləşdirir. Hava təmizləyici xüsusiyyətləri var, CO₂-ni azaldır, oksigeni artırır. Ümumilikdə, zəhərli bitki hesab edilmir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
109
bizimyol.info

1Mənbələr