AZ

ABŞ-yə giriş məhdudiyyətləri Seneqal və Fil Dişi Sahili azarkeşləri üçün DÇ-2026 səfərlərini çətinləşdirə bilər

Bakı. Trend:

Seneqal və Fil Dişi Sahili milli komandalarının azarkeşləri2026-cı ildə ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatınınoyunlarına səfər planlaşdırarkən ciddi çətinliklərlə üzləşəbilərlər.

Trend xəbər verirki, buna ABŞ prezidenti Donald Trampın ölkəyə girişlə bağlıimzaladığı yeni məhdudiyyətlər səbəb olub.

Qərara əsasən, bir sıra ölkələrin, o cümlədən Seneqal və FilDişi Sahili vətəndaşlarının ABŞ-yə həm immiqrasiya, həm dəqeyri-immiqrasiya vizaları ilə, turist və biznes vizaları daxilolmaqla, müvəqqəti girişinə qadağa qoyulub. Məhz bu vizakateqoriyalarından futbol azarkeşləri adətən beynəlxalq turnirləriizləmək üçün istifadə edirlər.

Sənəddə istisnalar yalnız futbolçular, məşqçilər və onların ənyaxın qohumları üçün nəzərdə tutulub. Azarkeşlər isə buimtiyazlardan yararlana bilmirlər. Qeyd olunur ki, daha əvvəl oxşarməhdudiyyətlər İran və Haiti vətəndaşlarına da tətbiq edilib.

Bununla belə, hər iki Afrika millisinin bəzi oyunları Kanadadakeçiriləcək. Bu isə azarkeşlərə komandalarını ABŞ-dən kənarda canlıizləmək imkanı yaradır. Hazırda futbol federasiyalarınınnümayəndələri, FİFA və DÇ-2026-nın təşkilatçıları məsələ ilə bağlırəsmi açıqlamaları gözləyirlər.

Seçilən
121
az.trend.az

1Mənbələr