ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Barselona” rəhbərliyi komandanın baş məşqçisi Hansi Fliklə əməkdaşlığı davam etdirmək niyyətindədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın məşhur “Bild” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi 60 yaşlı alman mütəxəssisin 2028-ci ilə qədər komandanın başında qalmasını istəyir. Eyni zamanda, Kataloniya təmsilçisinin heyəti gücləndirmək planları da məlum olub. Klubun Madrid “Atletiko”sunun hücumçusu Julian Alvaresi transfer etmək niyyətində olduğu bildirilir. Argentinalı forvardın transferi “Barselona”ya minimum 100 milyon avroya başa gələ bilər.
Qeyd edək ki, tərəflər arasında 2025-ci ilin mayında imzalanmış hazırkı müqavilə 2026/2027 mövsümünün sonuna qədər qüvvədədir.
Xatırladaq ki, Flik 2024-cü ilin mayından “Barselona”ya rəhbərlik edir. Onun rəhbərliyi altında keçirilən ilk mövsümdə komanda İspaniya çempionu olub, həmçinin ölkə Kuboku və Superkubokunu qazanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.