AZ

Türkiyə, ABŞ, Misir və Qətər rəsmiləri Qəzzadakı vəziyyəti müzakirə edəcəklər

Türkiyə, ABŞ, Misir və Qətər rəsmiləri sabah Mayamidə Qəzzadakı son vəziyyəti müzakirə edəcəklər.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasda Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edəcək.

Toplantı çərçivəsində digər regional məsələlərin müzakirə olunacağı və görüşlərin keçirilməsi nəzərdə tutulub.

Seçilən
137
1
apa.az

2Mənbələr