AZ

Çin humanoid robotlardan istifadə etməyə başlayıb

Bakı. Trend:

Dünyanın ən böyük elektrikli nəqliyyat vasitələri üçün batareyaistehsalçısı olan Contemporary Amperex Technology (CATL) istehsalxətlərinə humanoid robotlar təqdim etməyə başlayıb.

Trend xəbər verirki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.

Şirkətin açıqlamasına görə, Spirit AI tərəfindən hazırlanmışXiaomo robotları montaj xəttində yüksək gərginlikli batareyakonnektorlarının birləşdirilməsini həyata keçirir. Bu mərhələzavodda ən təhlükəli proseslərdən biri hesab olunur. CATL bildirirki, robotların tətbiqi nəticəsində hər növbə ərzində yığılanbatareyaların sayı üç dəfə artıb.

Qeyd olunur ki, Çində humanoid robotların inkişafına maraq və busahəyə yatırılan investisiyalar sürətlə artır. SCMP-nin daha əvvəlyazdığına görə, ölkədə robototexnikanın inkişafı işçi qüvvəsiçatışmazlığının aradan qaldırılmasına və istehsal imkanlarınıngenişləndirilməsinə mühüm töhfə verir. Təkcə ötən il Çinzavodlarında təxminən 295 min sənaye robotu quraşdırılıb.

Seçilən
104
az.trend.az

1Mənbələr