Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkənin kosmosda üstünlüyünü təminetmək məqsədilə müvafiq fərman imzalayıb.
Trend xəbər verirki, sənəd Ağ Ev tərəfindən yayımlanıb.
Fərmanda amerikalıların 2028-ci ilə qədər Aya qayıtmasının və2030-cu ilədək orada daimi bazanın yaradılmasının vacibliyivurğulanır. Sənəddə, həmçinin 2028-ci ilə qədər ABŞ kosmiksektoruna 50 milyard dollar investisiyanın cəlb edilməsi və 2030-cuilədək Beynəlxalq Kosmik Stansiyanı əvəz edəcək yeni platformanınyaradılması hədəfi müəyyən olunub.
Prioritetlər sırasında Ay səthində yerləşdirilməsi nəzərdətutulan nüvə reaktorunun hazırlanması da yer alır. Qeyd olunur ki,bu texnologiyalar 2030-cu ilə qədər istifadəyə hazır vəziyyətəgətirilməlidir.
Bununla yanaşı, fərmanda müdafiə proqramları çərçivəsində yeninəsil raketlərin yaradılması məqsədilə 2028-ci ilə qədərprototiplərin hazırlanması və sınaqdan keçirilməsi planı da əksinitapıb.