Bakı. Trend:
Avstraliya polisi Sidneyin cənub-qərb bölgəsində terror aktıplanlaşdırmaqda şübhəli bilinən 7 nəfəri həbs edib.
Trend xəbər verirki, bu barədə ABC radiosu Yeni Cənubi Uels Polis Departamentindəkimənbəyə istinadən məlumat yayıb.
Müstəntiqlərin fikrincə, cümə axşamı saxlanılan və qonşuViktoriya ştatından Sidneyə gələn şəxslər ekstremist ideologiyanıdəstəkləyib və zorakılıq aktı planlaşdıra biliblər.
Yeni Cənubi Uels ştatı polis komissarının müavini Devid Hudsonbildirib ki, şübhəlilərin axtarışı zamanı üzərlərində aşkar edilənyeganə silah bıçaq olub.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarında həmin şəxslərinBondi çimərliyinə getmək niyyətində olduqlarına dair məlumatlarmövcud olub. Hudson vurğulayıb ki, ötən bazar Sidneydə baş verənzorakılıq hadisələrindən sonra polis heç bir riski gözə ala bilməzvə mümkün təhlükəni qabaqlamaq üçün saxlanılma qərarı verilib.