AZ

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü Vaşinqtonda türkdilli xalqların nümayəndələri ilə birlikdə qeyd edilib (FOTO)

Bakı. Trend:

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilmünasibətilə qəbul keçirilib.

Trend xəbər verirki, qəbulda Azərbaycanın ABŞ-da səfirliyi ilə yanaşı, bu ölkədəkidigər türkdilli ölkələrin diplomatları, Türk DövlətləriTəşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyev, Azərbaycan vədigər türk icmalarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himnisəsləndirilib. Daha sonra çıxış edən Azərbaycanın Amerika BirləşmişŞtatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim builkitədbirin türk dünyasının təmsilçiləri ilə birlikdə xüsusi olaraqkeçirildiyini bildirib. O, Azərbaycanın bu il TDT-yə sədrliketdiyini vurğulayaraq Prezident İlham Əliyevin Türk DövlətləriTəşkilatının Azərbaycan üçün prioritet məsələlərdən biri olduğunuvurğuladığını diqqətə çatdırıb. Səfir bu dövlətləri bir arayatoplamaqdan qürur hissi keçirdiyini əlavə edib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev dəçıxışında Dünya Azəbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuştədbirdə iştirakdan qürur duyduğunu dilə gətirib. O, ilk dəfə bu ildekabrın 15-nin UNESCO tərəfindən Dünya Türk Dili Ailəsi Günü kimiqeyd olunduğunu vurğulayaraq bunun türk mədəniyyəti üçün böyükəhəmiyyət kəsb etdiyini deyib. O, türk dünyasının birlikdə dahagüclü olduğunu bəyan edib.

Sonda müğənni Tereza Elizarovanın ifasında Azərbaycanın və digərtürkdilli ölkələrin milli musiqiləri ifa olunub. Tədbirdə həmçininqonaqlara Azərbaycan mətbəxinin təamları təqdim edilib.

Dünya
Dünya
Dünya
Dünya
Dünya
Seçilən
115
3
az.trend.az

4Mənbələr