AZ

Polşa piyadalar əleyhinə mina istehsal etməyi planlaşdırır

Bakı, 19 dekabr, AZƏRTAC

Polşa İkinci dünya müharibəsindən sonra ilk dəfə piyadalar əleyhinə mina istehsal etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Pavel Zalevski “Reuters”ə müsahibəsində bildirib.

Nazir müavini qeyd edib ki, minalar ölkənin şərq sərhədlərinə düzüləcək və zəruri hallarda Ukraynaya veriləcək. Bu məqsədlə Varşava piyadalar əleyhinə minaların qadağan edilməsini nəzərdə tutan Ottava sazişindən də çıxmağı planlaşdırır.

Seçilən
132
1
azertag.az

2Mənbələr