AZ

Natiq Cəfərli: “Quru sərhədləri açıq olan Gürcüstan və Ermənistan niyə təhlükə ilə üzləşmədi?” ƏKSİNƏ, GƏLİRLƏRİ ARTDI

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mili Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid  Orucun  quru sərhədlərin bağlı olmasına haqq qazandırmasına dair açıqlaması birmənalı qarşılanmayıb.

Komitə sədri deyib ki, təhlükəsizlik prioritet olaraq qalır:  “Gürcüstan və Ermənistan bu cür məhdudiyyətlər tətbiq etmədiyi halda belə, müharibə zonalarından yüz minlərlə insan həmin ölkələrə axın edib. Əgər bizim sərhədlər açıq olsaydı, xüsusilə İsrail–İran qarşıdurması dövründə yüz minlərlə insanın – o cümlədən soydaşlarımızın – Azərbaycan ərazisinə kütləvi axını ilə üzləşə bilərdik”.

Gununsesi.info bildirir ki, iqtisadçı ekspert Natiq Cəfərli  Zahidin Orucun fikirlərini təkzib edib:

Birincisi, Gürcüstan və Ermənistan bizdən zəif ölkələrdir, bizim ordumuz, təhlükəsizlik orqanlarımız güclüdür, amma onlarda quru sərhədlər açıqdır və heç birinə yüzminlərlə insan axın etməyib”.

Onun sözlərinə görə, Rəsmi statistikada mənzərə fərqlidir:

“Gürcüstana Rusiyadan:

2022-ci il, 62 304 gəlib, 5 935 gedib,

2023-cü il, 52.627 gəlib, 35.344 gedib,

2024 — 23.574 gəlib, 25.612 gedib.

Qeyd: Bu ancaq yaşamaq üçün müraciət edənlərin sayıdır, turist kimi bir neçə gün, həftəlik gələnlər bura aid deyil.

Quru sərhədlər açıq olduğu üçün Gürcüstan tək Rusiyalı turistlərdən 2022-2024-cü illər arası 2 mlrd. dollara yaxın, 2025-ci ilin ilk 11 ayında isə 850 mln. dollar pul qazanıb,

3) 2022-ci ildən bu günə qədər Ermənistana cəmi 40000 Rusiya vətəndaşı köçüb, 2022-ci ildən 2025-ci ilə qədər 120 min Rusiyalı yaşamaq üçün müraciət edib, amma, cəmi 40 mini orada qalıb. Ermənistan müharibə illərində Rusiyadan turizm, ticarət və s. istiqamətdə milyardlarla, bəli, milyardlarla pul qazanıb.

Zahid Oruc İranda yaşayan soydaşlarımızın axın edəcəyini deyir, əvvəla, soydaş deyiriksə, gözümüz üstündə yerləri var, ikincisi Türkiyə ilə İranın 3 quru sərhəd keçid məntəsi var, 2 həftəlik müharibədə İrandan Türkiyəyə keçidlərdə ciddi artım olmadı, adi qaydada keçidlər olmuşdu, adi günlərə nisbətdə artım cəmi 10% olmuşdu.

12 günlük müharibədə Ermənistan-İran quru sərhəddi də açıq idi, cəmi 20 min iranlı bu 2 həftədə Ermənistana keçmişdi, sonra da qayıtdılar.

2024-cü ildə İrandan Ermənisrana 180 min turist gəlib, hər biri, ortalama 390 dollar pul xərcləyiblər.

Beləliklə, Zahid Orucun gətirdiyi rəqəmlər də, arqumentlər də yanlışdır, hətta Dövlətimiz adına zərərlidir”.

Afət Abbasova 

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
127
1
icma.az

2Mənbələr