AZ

Qazaxıstan parlamenti LGBT təbliğatını qadağan edən qanunu təsdiqlədi

Qazaxıstan parlamentinin Senatı (yuxarı palatası) ikinci oxunuşda LGBT təbliğatını və pedofiliyanı qadağan edən qanun layihəsini qəbul edib. Ölkə hakimiyyəti izah edib ki, qanun insanların hüquqlarını məhdudlaşdırmır və uşaqları bu cür məzmundan qorumaq üçün qəbul edilib.

KONKRET.az xəbər verir ki, yeni tətbiq edilən qadağa ölkənin “Arxiv məsələləri və qanunsuz məzmunun yayılmasının məhdudlaşdırılması ilə bağlı Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr haqqında” qanununun bir hissəsidir. Qanun LGBT təbliğatının və pedofiliyanın ictimai məkanda, o cümlədən onlayn resurslarda yayımlanmasını qadağan edir.

Bir il yarım əvvəl Qazaxıstan vətəndaşları ölkədə LGBT təbliğatına qanunvericilik yolu ilə qadağa qoyulmasını tələb edən petisiya hazırlayıblar. Parlamentin aşağı palatası düzəlişləri təsdiqləyib və bundan sonra qanun layihəsinin Senatda 4 dekabrda baxılması planlaşdırılıb. Lakin digər qanunlarda dəyişiklik edilməsi zərurəti səbəbindən iclas 18 dekabra təxirə salınıb.

Qazaxıstanın mədəniyyət və informasiya üzrə baş nazirinin müavini Yevgeni Koçetovun sözlərinə görə, qanunsuz məzmunun yayılması 140 dollar, təkrar cinayət törədənlər üçün isə 280 dollar cərimə ilə nəticələnə bilər. Qanunu pozmaq 10 günə qədər inzibati həbslə də nəticələnə bilər.

Seçilən
75
1
konkret.az

2Mənbələr