AZ

Polşa Rusiya sərhədi yaxınlığında artilleriyasını  gücləndirir

Dekabrın 16-da Polşa Ordusu Cənubi Koreya istehsalı olan K9A1 Thunder özüyeriyən artilleriya sistemlərinin yeni partiyasını qəbul edib....

Poliqon bu barədə Military Watch Magazine (MWM) nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, Polşa Rusiyanı hədəf alan haubitsaların yalnız birinci partiyasını alıb. Ölkə bu artilleriyalardan daha 218-ni almaq istəyir.

Məlumata görə, Avropada Cənubi Koreya haubitsalarına tələbat artır, bu da qismən ona görədir ki, alman PzH 2000 özüyeriyən haubitsa Ukraynada yerləşdirmə zamanı orta etibarlılıq nümayiş etdirib. Konkret olaraq Rumıniya, Finlandiya, Estoniya və Norveç özüyeriyən haubitsa alıb.

Poliqon.info

Seçilən
100
poliqon.info

1Mənbələr