AZ

İlin son qərb derbisində kim sevinəcək?

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında XVI tura start veriləcək. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk qarşılaşması bölgədə baş tutacaq.

İlin son turunda "Kəpəz" "Turan Tovuz"u qonaq edəcək. Komandalar bu görüşə fərqli əhval-ruhiyyədə hazırlaşıb. "Sarı-göylər" ötən həftə "Qəbələ"ni məğlub edib, aktivinə 3 xal yazdırmağı bacarıbsa, "boz qurdlar" öz meydanında "Sabah"a məğlub olub. Nominal meydan sahibləri ardıcıl ikinci qələbəsini bayram edəcəyi halda təhlükəli zondan bir qədər də uzaqlaşacaq. Qonaqlar isə liderlər qrupundan uzaq düşməmək üçün Yevlaxdan 3 xalla geri dönməyə çalışacaq. Onu da bildirək ki, Kurban Berdıyevin komandası hava şəraiti səbəbindən təxirə salınan "Qəbələ" ilə matç istisna olmaqla, 4 oyundu ki, qələbə üzünə həsrət qalıb. 

Qeyd edək ki, turun digər qarşılaşmaları şənbə, bazar və bazar ertəsi keçiriləcək.

Misli Premyer Liqası

II dövrə, XVI tur

14:00. "Kəpəz" - "Turan Tovuz"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər ƏhmədovVAR: Nicat İsmayıllıAVAR: Şirmamed MamedovHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: Namiq ƏliyevYevlax. Şəhər stadionu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
sport24.az

1Mənbələr