AZ

“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır

Bakı. Trend:

Sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində“Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə sayca 8-ci“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayır. DünyaAzərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilətəşkil olunan yarmarka 30 dekabr tarixinədək 10 gün müddətindədavam edəcək.

Trend xəbər verir ki, bubarədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yarmarkanın əsas məqsədi kiçik və orta fermertəsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışınıdəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək vəbayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasibqiymətə məhsullarla təmin etməkdir.

Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer,təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidinisatışa çıxaracaq. Yarmarkada satışa çıxarılan məhsullarınkeyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir.Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlaryarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciətedərək məhsuldan analiz verə bilərlər.

Qeyd edək ki, fermerlər yarmarkada satış üçün yer, piştaxta,tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz təminolunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5(“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı)ünvanında fəaliyyət göstərir.

Seçilən
78
38
az.trend.az

10Mənbələr