AZ

Acqarına qəhvə qəbul etmək kimlər üçün təhlükəlidir?

Qastroenteroloq Yekaterina Kaşux mədə-bağırsaq traktı (MBT) üçün zərərli olan iki vərdişi sadalayıb.

Redaktor.az xəbər verir ki, həkim bu barədə "RİAMO" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, MBT üçün zərərli vərdişlərdən biri acqarına qəhvə içməkdir.

Kaşux bildirib ki, bu vərdiş xüsusilə Helicobacter pylori infeksiyası olanlar və onikibarmaq bağırsaqda iltihab ocaqları mövcud olan şəxslər üçün təhlükəli ola bilər.

Həkim həmçinin siqaret çəkənlərə və ağrıkəsici dərmanlar qəbul edən insanlara da acqarına qəhvədən imtina etməyi tövsiyə edib. Bununla belə, əgər qeyd olunan problemlər yoxdursa, qəhvənin acqarına qəbulunun orqanizmə ciddi zərər vermədiyini vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
82
redaktor.az

1Mənbələr