ABŞ Prezidenti Donald Tramp ABŞ-də federal səviyyədə marixuananın istifadəsinə dair mövcud məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan fərman imzalayıb.
Hafta.az xəbər verir ki, bu barədə prezident sənədi imzalamazdan əvvəl Ağ Evin Oval kabinetində açıqlama verib.
"Bu gün marixuananın tibbi məqsədlər üçün istifadəsinin əsaslı sayıldığı tənzimlənən maddələrin birinci kateqoriyasından üçüncü kateqoriyasına keçirilməsini nəzərdə tutan icra fərmanını imzalayacağımı elan etməkdən məmnunam", - deyə dövlət başçısı bildirib.
ABŞ prezidenti vurğulayıb ki, bu, marixuananın hər hansı formada leqallaşdırılması demək deyil və onun istirahət məqsədli narkotik vasitə kimi istifadəsinə heç bir şəkildə icazə vermir.
Qeyd olunur ki, üçüncü kateqoriyaya birinci və ikinci kateqoriyaya daxil olan maddələrlə müqayisədə daha az fiziki və ya psixoloji asılılıq yarada bilən preparatlar daxildir. /TASS/