AZ

Bankı qarət edənlər barədə məlumat verənə 300 min avro vəd edilib

Almaniya hakimiyyəti bir il əvvəl Lübekdəki bir bankdan 19 milyon avro oğurlayan bir qrup oğru haqqında məlumat verənə mükafat elan edib.

AzPost “Need To Know” qəzetinə istinadən bildirir ki, Almaniya hökuməti məlumat verən şəxsə 300.000 avro ödəməyə hazırdır.

Qarət 2024-cü ilin dekabr ayında Deutsche Bank filialında baş verib. Dörd cinayətkar günorta saatlarında banka gəlib, binanın yuxarı mərtəbələrinə qalxaraq ofislərə giriblər. Həmin gecə işçilərin getməsini gözlədikdən sonra qızıl, zərgərlik və nağd pul olan 371 seyf açıblar. Bütün əşyaları götürdükdən sonra qaçıblar. Onlar bankda olarkən üzləri təhlükəsizlik kameralarına düşməyib.

Polis oğruların binada 17 saat necə qalmasına təəccüblənir. Təhlükəsizlik kameraları onların üzlərini çəkməyib. Müstəntiqlərin sözlərinə görə, dəstə hətta DNT izləri buraxmamaq üçün özləri ilə portativ tualet də gətirib. Təhlükəsizlik işçiləri onları yalnız dayanacaqdan çıxarkən görüblər. Lakin onların avtomobillərinin nömrə nişanlarını qeydə ala bilməyiblər.

AzPost.az

Seçilən
97
1
azpost.info

2Mənbələr