Bakı. Trend:
Malayziyada güclü daşqınlar səbəbindən 15 mindən çox insanmüvəqqəti yerləşdirmə məntəqələrinə təxliyə edilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, krallıqda təxliyə olunan sakinlərin sayı 15 358nəfərdir. Təbii fəlakət Malayziyanın Pahang (13 472 köçürülənsakin), Trenqanu (1 344), Cohor (356) və Kelantan (186) ştatlarınıəhatə edib.
2024-cü ildə Malayziyada baş verən daşqınların vurduğu zərərinhəcmi 933,4 milyon ringgit (228,6 milyon ABŞ dolları) təşkil edibki, bu da ölkənin ÜDM-nin təxminən 0,05 faizinə bərabərdir.