Belarus lideri ABŞ-nin birinci xanımınım siyasi məsələlərdə xüsusi rolunu vurğulayıb...
Poliqon BelTA Agentliyinə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko VII Ümumbelarus Xalq Məclisində çıxışı zamanı ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanı onun “ən güclü silahı” adlandırıb. Lukaşenko bildirib ki, ABŞ prezidentinin xüsusi elçisi Con Kol vasitəsilə Trampa demək istəyib: “Niyə onun ən güclü silahını, Melaniyanı istifadə etmirsiniz? O, bizim insandır, slavyankadır”.
Aleksandr Lukaşenkonun sözlərinə görə, Melaniya Tramp siyasi məsələlərdə daha fəal iştirak edə bilərdi ki, bu da onun həyat yoldaşı üçün faydalı olardı. Eyni zamanda, Belarus lideri ironiya ilə qeyd edib ki, birinci xanımı Minskə dəvət etməkdən çəkinir, çünki “hər halda xanım gözəldir, qısqanclıq səbəbi ilə Tramp bizimlə bütün danışıqları pozmaq riski daşıya bilər”.
Qeyd edək ki, 13 dekabrda Tramplar cütlüyü Lukaşenkoya şəxsi məktub göndərib. Məktubda Belarus prezidentinə qonaqpərvərliyə və hədiyyələrə — Belarus kəkilçiçi formasında zinət əşyası və Müqəddəs Nikola ikonası üçün təşəkkür bildirilib. Həmçinin, Donald Tramp Aleksandr Lukaşenkonu yaxınlaşan Katolik Milad bayramı münasibətilə təbrik edib.
Poliqon.info