AZ

"Qarabağ"ın rəqibi yaponiyalı futbolçu ilə anlaşdı - RƏSMİ

Almaniyanın "Ayntraxt" klubu Yaponiyanın gənclər millisinin üzvü Keyta Kosuqini heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, Frankfurt" təmsilçisi sol cinah müdafiəçisi ilə müqavilə imzaladığını rəsmi saytında açıqlayıb. 

19 yaşlı futbolçu İsveçin "Yurqarden" klubundan Almaniya klubuna keçəcək və yanvarın 1-dən rəsmi olaraq komandaya qoşulacaq. Müqavilənin təfərrüatları açıqlanmayıb, lakin İsveç mediasının məlumatına görə, transfer haqqı təxminən 5,5 milyon avrodur. 

Kosuqi 2025 mövsümündə İsveç liqasında 28 oyun keçirib və 5 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakıda "Ayntraxt"a qarşı keçirəcək.

Seçilən
67
1
fanat.az

2Mənbələr