AZ

ABŞ ordusu Sakit okeanda iki gəmiyə zərbələr endirdi: Beş nəfər öldürüldü

ABŞ ordusu Sakit okeanın şərq hissəsində narkotik daşıdığı iddia edilən iki gəmiyə zərbələr endirib.

Bu barədə Birləşmiş Ştatların Cənub Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, kəşfiyyat məlumatlarına əsasən, həmin gəmilər məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət ediblər.

Zərbələr nəticəsində beş nəfər ölüb.

Açıqlamada deyir ki, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
Seçilən
91
1
7news.az

2Mənbələr