AZ

QHT beynəlxalq təcrübə və pasiyent yönümlü yanaşmaları təşviq edəcək

Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İctimai Birliyinin sədri İradə Polad QHT.az-a açıqlamasında 2025-ci ilin vətəndaş cəmiyyəti üçün dəyərləndirmə ili olduğunu, eyni zamanda yeni hədəflərin müəyyənləşdirildiyini bildirib.

Onun sözlərinə görə, ötən il ərzində xüsusilə sağlamlıq sahəsində, o cümlədən vərəmə qarşı mübarizədə profilaktika və erkən diaqnostika məsələləri daha çox diqqət mərkəzinə çəkilib:

"2026-cı ilə baxarkən təşkilatımız üçün əsas prioritetlər daha geniş auditoriyanı əhatə etmək, risk qrupları ilə işi gücləndirmək və tərəfdaşlıq əlaqələrini dərinləşdirməkdir. Bununla yanaşı, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, pasiyent yönümlü yanaşmaların təşviqi və nadir, mürəkkəb vərəm formaları ilə bağlı ictimai məlumatlılığın artırılması əsas fəaliyyət istiqamətlərindən olacaq.

2025-ci ildə ölkəmizdə vərəm sahəsində müşahidə olunan müsbət dəyişikliklərdən biri profilaktika və erkən diaqnostikanın daha çox diqqət mərkəzinə çəkilməsi oldu. Dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında qurulan əməkdaşlıq modeli bu sahədə daha effektiv nəticələrin əldə olunmasına şərait yaratdı. Bu yanaşmanın davam etdirilməsi gələcək illərdə vərəmə qarşı mübarizənin daha sistemli və davamlı şəkildə aparılacağına əsas verir".

Seçilən
81
qht.az

1Mənbələr