AZ

Sidney qəhrəmanına dünyanın TƏŞƏKKÜRÜ – 2,5 milyon dollar YIĞILDI – FOTO

Sidneydə terrorçunu tərksilah edən qəhrəmana rekord məbləğ toplanıb – 2,5 milyon dollar.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Suriyalı Əhməd əl-Əhmədə xəstəxanada çek təqdim olunub, o, çimərlikdə insanları xilas edib.

Məlumata görə, Sidneyin Bonday çimərliyində baş verən terror aktı zamanı qəhrəmanlıq göstərən kişi üçün başladılan xeyriyyə kampaniyası rekord məbləğlə nəticələnib.

“GoFundMe” platformasının məlumatına görə, silahlı yaraqlı ilə əlbəyaxa döyüşə girən 43 yaşlı suriyalı Əhməd əl-Əhməd üçün dünyanın dörd bir yanından istifadəçilər 2,5 milyon dollardan çox vəsait köçürüblər.

Vəsait toplanışını bloqer Zakeri Derenovski sosial şəbəkələr vasitəsilə təşkil edib. Çeki kişiyə birbaşa müalicə aldığı xəstəxanada təqdim ediblər.

Xatırladaq ki, daha əvvəl Avstraliya mediası internetdə həmin anın videosunu yaymışdı. Görüntülərdə kişinin insanlara atəş açan terrorçuya arxadan yaxınlaşaraq onun silahını əlindən aldığı və onu tərksilah etdiyi əks olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
56
interpress.az

1Mənbələr