AZ

ABŞ da professoru evində, 11 nəfəri isə universitetdə güllələyən keçmiş tələbə ölü tapıldı Təfərrüat

Mia.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-da Massaçusets Texnologiya İnstitutunun (Massachusetts Institute of Technology (MIT)) professoru Nuno Loureironu evində öldürən, Braun Universitetində isə 11 nəfəri (həmin hadisədə iki nəfər ölüb, doqquz nəfər yaralanıb-Mia.az) güllələyən şübhəli şəxs ölü tapılıb.

Mia.az xaric mətbuaa istinadla xəbər verir ki, bu barədə Polis Departamentindən açıqlama verilib.

Bildirilib ki, həmin hadisəni 48 yaşlı Portuqaliya vətəndaşı Klaudio Neves Valente törədib: "O, Nyu-Hempşirdə icarəyə götürdüyü anbarda ölü tapılıb. İlkin ekspertiza rəyinə görə, o, intihar edib"

Məlumatda diqqətçəkən əsas məqam isə Valentenin 2000-2001-ci illərdə Braun Universitetində təhsili alması faktdır. İddiaya görə öldürdüyü professorla onun oxuduğu illərdə hansısa problem olub: "Onlar, yəni, professorla sui-qsədçi 1995-ci ildə Portuqaliyadakı bir universitetdə eyni akademik proqramda oxuyublar. Məsələ hər tərəfli araşdırılır..."

Samir MUSAYEV

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
mia.az

1Mənbələr