AZ

Almaniya kansleri Ukraynaya 90 milyard avronun veriləcəyi tarixi açıqlayıb

Avropa İttifaqı (Aİ) Ukrayna üçün 90 milyard avroluq maliyyələşdirməni təsdiqləyib və bu maliyyələşdirmə Ukraynaya 2026-cı ilin ilin əvvəlində təqdim ediləcək.

Missiya.Az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts məlumat verib.

“Həmin vəsaitin 2026-cı ilin yanvarın ikinci yarısından gec olmayaraq əldə ediləcəyini gözləyirəm", - deyə siyasətçi vurğulayıb.

Kansler həmçinin bildirib ki, əgər Rusiya Ukraynadakı müharibənin bitməsindən sonra könüllü olaraq belə bir qərar verməsə, Avropadakı dondurulmuş Rusiya aktivləri Ukraynaya verilən krediti ödəmək üçün istifadə olunacaq.

"Dondurulmuş Rusiya aktivləri Moskva Ukraynaya təzminat ödəyənə qədər dondurulmuş qalacaq. Ukrayna yalnız Rusiya təzminat ödədikdən sonra krediti qaytarmalı olacaq. Və biz bunu aydın şəkildə bildiririk. Əgər Rusiya təzminat ödəməsə, biz - beynəlxalq hüquqa tam uyğun olaraq - krediti ödəmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə edəcəyik", - deyə Merts qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
103
missiya.az

1Mənbələr