AZ

Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunan konqresin iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan DövlətHəkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuşbeynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciətünvanlayıb.

Trend xəbər verir ki,müraciətdə deyilir:

"Hörmətli konqres iştirakçıları!

Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət HəkimləriTəkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuşbeynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətiləsalamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdəyeni müvəffəqiyyətlər arzulayıram.

Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim vəmütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin vəsəhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsiaparılacaqdır. Beynəlxalq praktikadan qarşılıqlı surətdəfaydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmişbirgə səylərinizin səmərəli olacağına inanıram.

Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəmqoymuşdur. Dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraqtibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur,araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elmvə təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdəüzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn HəkimləriTəkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.

İnstitut yarandığı vaxtdan etibarən zəngin bir yol keçmişdir.Tarixinin parlaq səhifələri görkəmli dövlət və elm xadimi ƏzizƏliyevin adı ilə bağlı olan bu qocaman elm-tədris müəssisəsindəməşhur alimlər nəslinin vaxtilə formalaşdırdığı peşəkar mühit indidə lazımınca qorunur. İnstitut öz bazasında topladığı yüksəkhazırlıqlı professor-müəllim heyəti ilə həkimlərintəkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində uğurlarəldə edən, mütərəqqi təcrübənin öyrənilərək elmi-praktiki müstəvidətətbiqinə böyük diqqət yetirən və beynəlxalq əlaqələrini davamlıgenişləndirən mərkəz kimi nüfuz qazanmışdır.

Bu baxımdan beynəlxalq miqyaslı belə mühüm bir tədbirin məhzİnstitutun 90 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır.Əminəm ki, konqres azərbaycanlı mütəxəssislərin öz xaricihəmkarları ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, insanlaragöstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdətibb elminin inkişafı işinə töhfəsini verəcəkdir".

Seçilən
74
12
az.trend.az

10Mənbələr